Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xəzər rayonu Binə qəsəbəsində 183-cü Binə küçəsi təmir olunub +VİDEO/FOTO=9

Bakı şəhəri və onun qəsəbələrində, xüsusilə payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər Xəzər rayonunu da əhatə edir.

Hazırda rayonun Binə qəsəbəsində yerləşən 183-cü Binə küçəsində təmir-bərpa işləri davam etdirilir.

Sözügedən küçənin uzunluğu 1700 metr, orta eni isə 6 metr təşkil edir. 

Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb

Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsi işləri yekun mərhələdədir.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binə qəsəbəsində yerləşən 137-ci Binə küçəsində də təmir işlərinin aparılması nəzərdə tutulur.

YOLUNUZ AÇIQ OLSUN...

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111


https://youtu.be/DspI2qDjjNI