Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

TKTA BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə doğru addım: Akkreditasiya prosesinə hazırlıq” adlı seminar keçirir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Bakı Dövlət Universitetində (BDU) “Keyfiyyətə doğru addım: Akkreditasiya prosesinə hazırlıq” mövzusunda ikigünlük seminar keçirir. Tədbirdə ölkənin 40 ali təhsil müəssisəsindən (ATM) 84 əməkdaş iştirak edir.

Seminarın açılış mərasimində çıxış edən rektor Elçin Babayev bildirib ki, ali məktəblərin akkreditasiyası kifayət qədər məsuliyyətli bir prosesdir. Bu, yalnız universitetlərin fəaliyyətini qiymətləndirmir, həm də onların daxili inkişaf strategiyasını, idarəetməni necə qurduqlarını göstərir, cəmiyyət qarşısında cavabdehlik hissini gücləndirir: “Bəzən səhv olaraq akkreditasiyaya cəza mexanizmi kimi baxılır. Əksinə, akkreditasiya qüsurların düzəldilməsi üçün faydalı, universitetlərin xeyrinə olan prosesdir. Özünütəhlili düzgün aparmayanda nöqsanların düzəldilməsi də çətin olur. Keyfiyyət təminatı yalnız tədrisi deyil, elm, beynəlxalq əlaqələr, sosial həyat, hətta təsərrüfatın təşkili kimi məsələləri əhatə edir. Belə seminarların təşkili müxtəlif universitetlərin bu sahədə təcrübə mübadiləsi aparmasına imkan verir”.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında ATM-lərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması, dayanıqlı inkişafın təmin olunması və tələbəyönümlü təhsil mühitinin gücləndirilməsi baxımından belə seminarların mühüm rol oynadığını vurğulayıb: “Ali təhsildə kəmiyyətin keyfiyyətə keçməsini yüksək səviyyədə təmin edə bilsək, cəmiyyətə daha çox fayda vermiş olarıq. Akkreditasiya ATM-lər üçün vəziyyətin düzgün qiymətləndirilməsi və onun daha da yaxşılaşdırılması üçün bir alətdir. TKTA bu məsələdə ATM-lərə dəstək verməyə hazırdır. Akademik dürüstlük hər bir ali məktəb üçün əsas məqamdır”.  

Qeyd edək ki, seminarın əsas məqsədi institusional və proqram akkreditasiyasına ATM-lərin hazırlıq səviyyəsini artırmaq, onlara metodoloji dəstək göstərmək və akkreditasiya prosesinin uğurla təşkil edilməsi üçün zəruri təcrübələri paylaşmaqdan ibarətdir.

Tədbirin ilk günü “Akkreditasiya prosesində ATM-lərin və ekspertlərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə ATM-lərin nümayəndələri və TKTA tərəfindən akkreditasiya proseslərinə cəlb olunmuş ekspertlər iştirak ediblər. Müzakirə zamanı ekspertlər və ATM nümayəndələri akkreditasiya prosesində ATM-lərdə müşahidə olunan güclü və zəif tərəflər, proqram və institusional qiymətləndirmə arasında fərqlər, Özünütəhlil hesabatlarında rast gəlinən əsas çağırışlar, eləcə də akkreditasiyanın inkişafyönümlü qiymətləndirmə kimi tətbiqinə dair təcrübələrini bölüşüblər.

İki gün ərzində təşkil olunacaq seminar sessiyalarında TKTA əməkdaşları tərəfindən təqdimatların keçirilməsi nəzərdə tutulur. Sessiyalarda akkreditasiya mərhələləri, qiymətləndirmə meyarları, akkreditasiya prosesində sorğuların rolu, uğurlu akkreditasiya prosesini şərtləndirən amillər və Özünütəhlil hesabatının hazırlanması kimi mövzulara dair iştirakçılara praktiki nümunələr təqdim ediləcək, mövzular üzrə suallar cavablandırılacaq. Eyni zamanda, TKTA nümayəndələri tərəfindən konkret nümunələr əsasında izahatlar verilərək, iştirakçıların təklifləri dinləniləcək.

TKTA öz Nizamnaməsinə uyğun olaraq mütəmadi olaraq təhsil müəssisələrinin akkreditasiyasının tələblərə uyğun həyata keçirilməsi üçün təlimlər təşkil edir və metodiki dəstək göstərir.  TKTA tərəfindən ATM-lərin akkreditasiya prosesinə hazırlığının artırılması üçün bu kimi təlimlərin ildə iki dəfə keçirilməsi nəzərdə tutulur.

 

RUS:

АОКО в БГУ проводит семинар «Шаг к качеству: подготовка к процессу аккредитации»

 Агентство обеспечения качества в образовании (АОКО) в Бакинском государственном университете (БГУ) проводит семинар на тему «Шаг к качеству: подготовка к процессу аккредитации». В мероприятии принимают участие 84 сотрудника из 40 вузов страны.

Выступая на открытии семинара, ректор Эльчин Бабаев сказал, что аккредитация высших учебных заведений — достаточно ответственный процесс. Это не только оценивает работу вузов, но и показывает, как они выстраивают свою внутреннюю стратегию развития и управления, и укрепляет их чувство ответственности перед обществом: «Иногда аккредитацию ошибочно рассматривают как карательный механизм. Напротив, аккредитация — это полезный процесс исправления недостатков, что выгодно для вузов. Когда самоанализ проводится неправильно, также сложно исправлять недостатки. Обеспечение качества охватывает не только преподавание, но и такие вопросы, как наука, международные связи, социальная жизнь и даже организация хозяйства. Организация подобных семинаров позволяет разным вузам обмениваться опытом в этой области».

Председатель правления АОКО Турал Ахмедов в своем выступлении подчеркнул, что подобные семинары играют важную роль в формировании культуры качества в высших учебных заведениях, обеспечении устойчивого развития и укреплении образовательной среды, ориентированной на студентов: «Если мы сможем обеспечить переход от количества к качеству в высшем образовании на высоком уровне, мы принесем обществу больше пользы. Аккредитация является инструментом для правильной оценки ситуации для высших учебных заведений и ее дальнейшего улучшения. АОКО готова оказывать поддержку высшим учебным заведениям в этом вопросе. Академическая правдивость является ключевым моментом для каждого высшего учебного заведения».

Следует отметить, что основная цель семинара — повышение уровня подготовки вузов к институциональной и программной аккредитации, оказание им методической поддержки и обмен необходимым опытом для успешной организации процесса аккредитации.

В первый день мероприятия прошла панельная дискуссия на тему «Роль высших учебных заведений и экспертов в процессе аккредитации». В работе панели приняли участие представители вузов и эксперты, привлеченные АОКО к процессам аккредитации.

Best coffeeshop in Berlin