Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Güclü ordumuz” adlı tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası A.Məmmədov adina 167 №-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində 26 iyun –   Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirdi.             Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Mərkəzi Kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı tarixi Zəfərdən  danışdı.       Tədbirdə çıxış edən müəllimlər Məlahət Rəvanova, Samirə Məmmədova Azərbaycanda ordu quruculuğu prosesindən danışaraq, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən danışdılar. Qeyd edildi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib, ordumuzun maddi-texniki bazası möhkəmlənib, döyüş qabiliyyəti artıb.         
Məktəbin yuxarı sinif şagirdləri 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin düşmənin hərbi sursatlarını darmadağın etməsindən, ələ keçirdiyi silahların, hərbi texnikanın Hərbi Qənimətlər Parkında nümayiş etdirilməsindən danışdılar. Qeyd etdilər ki, kompleks Silahlı Qüvvələrimizin böyük rəşadətini əks etdirir, xalqımızın qürur yeridir.   
Sonda şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.  

Best coffeeshop in Berlin