Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanlı atlet Əlhəm Nağıyev Avropa çempionu olub 

Bir gün öncə Sloveniyanın paytaxtı Mariborda yüngül atletika üzrə şəxsi və komanda yarışı üzrə Avropa çempionatına start verilib. Xəbər verdiyimiz kimi,Azərbaycan böyük heyətlə AÇ-nin 3-cü divizionunda mübarizəyə qatılıb. Çempionatın ilk günü yığmamızın iki üzü fərqlənib. Onlardan biri çempion, digəri isə vitse-crmpion olub. Çempion adını kişilər arasında 100 məsafəni 10,42 saniyəyə qət edən Əlhəm Nağıyev qazanıb. Vitse-crmpion adına  isə qadınlar arasında həmin məsafəni 11,62 saniyəyə qaçan Lamiyə Vəliyeva layiq görülüb.

Reqlamentə uyğun olaraq, bu yarışda komanda hesabında ilk üç yeri tutan komandalar gələn mövsüm Avropa çempionatının ikinci divizionunda iştirak etmək hüququ qazanacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin