Esmira Günəşin Yevlaxda kitab təqdimatı olub +FOTO=19
Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident mükafatçısı şairə Esmira Günəş bu dəfə Yevlaxda şəhid ailələrini sevindirib. Yevlax rayon Heydər Əliyev Mərkəzində baş tutan kitab təqdimatını "Qəhrəman analar" kitabında yer alan şəhid Elçin Salmanovun xatirəsinə həsr edib. Tədbirdə fərqli bölgələrdən gələn şəhid ailələri ilə yanaşı Yevlax rayonunda yaşayam şəhid ailələri, müəllimlər, şagirdlər və mədəniyyət işçiləri iştirak ediblər. Tədbirin əvvəlində şəhid anaları qonaqların alqışları ilə zala daxil olub və şəhid Elçin Salmanovun qardaşı Elgün Salmanov şəhid analarını güllərlə qarşılayıb. Maraqlı keçən tədbirin sonunda şairə xanım şəhid ailələrinə və Heydər Əliyev Mərkəzinin fonduna kitabları hədiyyə edib. Xatirə şəkilləri çəkdirən qonaqlar tədbirdən gözəl xatirələrlə ayrılıblar.
Onu da qeyd edək ki, tədbirdən öncə şairə xanım şəhid anaları ilə birlikdə Yevlax Şəhidlər Xiyabanını və şəhid Elçin Salmanovun ev muzeyini ziyarət edib.


