YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Dünyanın ən uzun burunlu adamı vəfat etdi
Beynəlxalq Uzun Burun Yarışmasında 8,8 santimetrlik burnu ilə Ginnesin Rekordlar Kitabına 'dünya burun çempionu' kimi düşən Artvinli Mehmet Özyürek 74 yaşında ürək tutması nəticəsində dünyasını dəyişib. İlk dəfə 1997-ci ildə Rizədə keçirilən uzun burun yarışmasında adını açıqlayan Özyürek 8,8 santimetrlik burnu ilə bütün rəqiblərini geridə qoyaraq, Türkiyənin ən uzun burunlu adamı seçilib. Daha sonra qızıl burun çempionu seçilən Özyürek Ginnesin diqqətini çəkib. Özyürek Ginnes tərəfindən dünyanın ən uzun burunlu adamı kimi qeydə alınıb və 2011-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. O Türkiyə istehsalı olan Togg ilə mətbuata poza verərək, "Ölkəmiz yaxşı ki, avtomobil dünyasına "burnunu soxub"" deyib.


