Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyat paytaxtı Şuşa haqqında nəşrlər”

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Türk dünyasının mədəniyyat paytaxtı Şuşa haqqında nəşrlər” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının magistrantı Zeynəb Əbdulzadə məruzə edib.

Gənc tədqiqatçı Şuşanın tarixi, mədəni irsi və Türk dünyası üçün strateji və simvolik əhəmiyyəti barədə məlumatları diqqətə çatdırıb. Məruzədə Şuşa şəhərinin tarixi, görkəmli şəxsiyyətləri, maddi-mədəniyyət nümunələri haqqında çap olunmuş elmi, publisistik və ədəbi nəşrlər geniş şəkildə qeyd edilib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən ötən beş il ərzində ölkənin aparıcı nəşriyyatları tərəfindən Şuşa haqqında çap edilən kitablar, toplular, statistik nəşrlər, soraq-məlumat ədəbiyyatı araşdırmada geniş analiz edilib, bir sıra müqayisəli təhlillər aparılıb. Ölkə nəşriyatlarının bu mövzuda çap etdiyi kitablar ad və tiraj göstəriciləri üzrə diaqram şəklində təqdim olunub, nəşrlər ədəbiyyat növlərinə görə fərqləndirilib.

Tədqiqatda həmçinin Şuşa haqqında çap olunmuş əsərlərin xarici dillərə tərcümə prosesi araşdırılıb. Bu mövzudakı tərcümə kitablarının Azərbaycanın mədəni irsinin, tarixi həqiqətlərimizin və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beynəlxalq səviyyədə təbliğindəki mühüm rolu vurğulanıb.

Elmi seminar müzakirələrlə davam edib.

 

RUS:

Семинар в БГУ: «Публикации о Шуше — культурной столице тюркского мира»

На факультете информации и менеджмента документов Бакинского государственного университета (БГУ) состоялся научный семинар на тему «Публикации о Шуше — культурной столице тюркского мира». На семинаре с докладом выступила магистрант Зейнаб Абдулзаде.

Она довела до сведения участников информацию об истории, культурном наследии Шуши и ее стратегическом и символическом значении для тюркского мира. В докладе подробно упоминались научные, публицистические и литературные публикации, опубликованные об истории, выдающихся личностях, а также материально-культурных образцах города Шуши. В частности, в исследовании подробно анализировались книги, сборники, статистические публикации и справочная литература, выпущенные издательствами о Шуше за пять лет после исторической Победы, одержанной нами в 44-дневной Отечественной войне, и был проведен ряд сравнительных анализов.

В исследовании рассматривался процесс перевода опубликованных работ на иностранные языки. Была подчеркнута важная роль переведенных книг по этой теме в международной пропаганде культурного наследия Азербайджана, наших исторических реалий и исторической Победы, одержанной нами в Отечественной войне.

Научный семинар продолжился дискуссиями.

Best coffeeshop in Berlin