YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
ETİBAR HÜSEYNOV:
Ay qardaş heç insan övladı da 100 gün ac-susuz qala bilər?
Adətən mən məhbus olan şəxslər barədə yazmıram. Amma Əli Kərimli imkan vermir. Bu günkü statusunda yazıb ki: "Əlizamin Hacıyev aclığın 100-cü günündə məhkəməyə gıtiriləcək".Bəli-bəli düz eşitdiiniz-məhz 100cü gün. Ay qardaş heç insan övladı da 100 gün ac-susuz qala bilər? Bunlar "demokratik mübarizə" adına bütün dəyərləri oyuncağa çevirib, gözdən saldılar. Sonra da deyirlər ki: "Xalq bizə niyə inanmır?". Day sən, Xalqı "lox" yerinə qoyanda, Xalq da sənə dirsək göstərəcək də. İndi bundan sonra hər içəridə yatan deyəcək ki:" 30-50 gün aclıq etdim". Bir söz deyəndə də cavab verəcəklər ki," bəs o vaxt Əlizamin 100+ etmişdi. Əslində bizlər bu cürə "dejəvyü"lərə çox şahidlik etmişik. Amma day, 100+ da yox da.
***
Açıb baxıram "Google"yə. Məlum olur ki, dəvə-dəvəliyi ilə uzaqbaşı 14 gün susuz, və cəmi 30 gün ac qala bilir. Dəvədən böyük fil isə 5 gün susuz, "patalok" 7 gün isə ac qala bilir.Təbabət elmi onu da deyir ki:"insan ac qalıb, hətta su içərsə belə, o uzağı 2 ay yaşaya bilər". Cəmi 2-cə ay. O da ki, uzaqbaşı. İndi bu minvalla Əlizamin Salayev hətta quru aclıq etməsıydi belə, gərək idi ki, düz 5 dəfə ölüb-diriləydi.(Allah eləməmiş)
***
Biz eşitmişik və görmüşük ki, əgər bir dustaq aclıq edirsə və onun bu aksiyası həyatı təhlükə kəsb edirsə, onda o, məcburi qaydada da olsa yedizdirilir. Və yaxud da apelyasiya-filanla azadlığa buraxılır. Amma biz bunların heç birini görmədik. Əvəzində isə Əlizamin Salayev hələ ki, Əli Kərimlinin "tlrkası" ilə 100ü adlayan bir "komediyada" rol alıb.
***
A kişilər, bir az ciddi, bir azca da səmimi olun da. Heç olmazsa vaxtınız olanda arada bir "Google"- filana da baxın. Yoxsa biabır eləyibsiz millətin adını.


