Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

BƏYBALA MİRZƏYEV: 

Vardanyan "axçi"ləri silahlandırmağa çalışır

Parazit Ruben Vardanyan Xankəndidəki erməni qadınlarını yığıb, onlara Azərbaycan və Ermənistan arasında gedən danışıqlar barəsində "mühazirə" oxuyur.

Vardanyan "axçi"lərə deyir ki, o, sülhün baş tutacağına inanmır və buna heç cürə imkan vermək olmaz.

Bu təxribatçı-milyarder Xankəndidə yaşayan mülki ermənilərlə bərabər, onların qadınlarını, uşaqlarını da silahlandırmağa çalışır.

Bu gedişlə Xankəndidə normal düşüncəyə sahib bir nəfər də adekvat mülki erməni qalmayacaq. Çünki separatçılar onların beyinlərini faşist-terrorist təbliğatı ilə doldurmaq istiqamətində qızğın iş aparır.

Bu isə sonda bizim Xankəndidə antiterror əməliyyatı aparmağımızla nəticələnəcək. Beləliklə, 30 il ərzində icra olunmayan BMT qətnamələrini 44 günlük müharibə zamanı özümüz həyata keçirdiyimiz kimi, indi də 3 ilə yaxındır icra olunmayan 10 noyabr Bəyanatının məlum bəndini də özümüz icra etməli, öz ərazilərimizi terrorçulardan, separatçılardan təmizləməliyik.

P.S.

Demilitarizasiya (silahsızlaşdırma) işini aparmaq bizim haqqımız, hüququmuzdur.

Best coffeeshop in Berlin