Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

MAİS İBRAHİMOV: 

Ağcabədidə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub

10 May 2023-cü il tarixdə Ağcabədi rayon Heydər Əliyev Meydanında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə geniş konsert proqramı təşkil olunub. . 
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində Ağcabədi rayon rəhbərliyi, şəhid ailələləri, Vətən müharibəsi iştirakçıları,  idarə-müəssisə, təşkilat kollektivləri, ziyalılar, tələbə-gənclər, rayon sakinləri iştirak ediblər. Bayram ab-havasında bəzənmiş meydanda səhnəyə çıxan tədbirin aparıcıları qonaqları salamlayıb,dahi liderin ömür yolu haqqında qısa məlumat veriblər.
Sonra tədbir  Ağcabədi Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib. Tədbirdə Ağcabədidə yaşayıb fəaliyyət göstərən musiqiçilərlə yanaşı, respublikanın əməkdar artistləri Könül Kərimova, Cabir Abdullayev, muğam müsabiqəsinin qalibləri Ramiq Bayramov, Gülzar Fərəcova, Xəyalə Qafarova, Aşıq Zülfiyyə, Cabbar Musayev iştirak ediblər. Dahi liderin ifasında səsləndirilən “Küçələrə su səpmişəm” xalq mahnısı, həmçinin S. Vurğunun “Azərbaycan” şeiri tədbirdə duyğulu anlar yaşadıb və tamaşaçıların böyük alqışları ilə qarşılanıb. Konsert proqramında ulu öndərimizə, həmçinin  doğma Azərbaycanımıza,qələbəmizə həsr olunmuş musiqi və şeirlər,  cümlədən dahi liderimizin sevdiyi bir sıra mahnılar  ifa olunub.
Üç saatadək davam edən konsert proqramı “Xalq Heydər söyləyəcək” mahnısının sədası altında möhtəşəm atəşfəşanlıqla  başa çatıb.
Qeyd edək ki, konsert proqramı “Aran Ağcabədi”  internet televiziyası ilə canlı yayımlanıb. Bu isə rayonumuzdan, eləcə də ölkədən kənarda yaşayan həmyerlilərimizə tədbiri  canlı izləmək imkanı yaradıb və onlar buna görə öz minnətdarlıqlarını bildiriblər.

Best coffeeshop in Berlin