Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Musiqi insana nə hiss etdirir

Musiqinin həyatımıza müsbət təsirləri olduqca sonsuzdur. Musiqi endorfinləri ifraz edir və müsbət emosional reaksiyalara səbəb olur. Musiqinin beyin funksiyalarını yaxşılaşdırdığı bir çox araşdırmalarla sübut edilmişdir. Araşdırmalar göstərib ki, musiqi depressiyanı aradan qaldırmağa və xroniki ağrıları azaltmağa kömək edir. Musiqi dinləməyə başlayanda beynimizin demək olar ki, bütün hissələri təsirlənir. Musiqinin uşaqlar üçün də müsbət təsirləri kiafəy qədərdəir. Belə ki, araşdırmalardan birində musiqi təhsili alan uşaqların söz ehtiyatının və oxuma qabiliyyətinin musiqi təhsili almayan uşaqlara nisbətən daha yüksək olduğu müşahidə edilib. Bəzi janrlar da vardır ki, onlara müraciət edib dinlədikcə istəmədən kədərlənirik. Musiqinin emosiyalarımıza qeyri-adi təsiri var. Səs dalğaları qulağa çatdıqda müxtəlif növ sinir hüceyrələrinin stimullaşdırılmasına səbəb olur. Musiqi dinləyərkən əhval-ruhiyyəmizdə və ritm saxlamaq kimi davranışlarımızda baş verən dəyişikliklərin də səbəbi olduğu düşünülür. Araşdırmalar göstərir ki, musiqi beynin emosiyaların yarandığı sahələri aktivləşdirir. Bəzən mahnını nə qədər duyöusal olmasını musiqinin sözləri ilə əlaqəndiririk. Ancaq təkcə melodiyadan ibarət mahnılar bizə emosional olaraq da təsir edə bilər. Həyat ağrı və kədər gətirirsə, sakitliyi musiqidə axtarın.

DİANA

Best coffeeshop in Berlin