Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Yeniyetmə cüdoçularımız Avropa festivalına qatılacaqlar 

23-25 iyul günlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmə cüdoçular arasında Avropa festivalı keçiriləcək. Bu mötəbər yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. AGF-dən verilən məlumata görə, ölkəmiz sözügedən yarışa 6-si oğlan, 6-si qız olmaqla 12 cüdoçu ilə qatılacaq. Oğlanlar arasında təmsilçilərimizdən Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq), Məhəmməd Ağakişiyev (73 kq), Amin Mehdiyev (81 kq) və Səbuhi Axundov (+90 kq), qızların yarışında isə Gülşən Hüseynova (44 kq), Nuranə Hacızadə (48 kq), Aysun Məmmədova (52 kq), Samaya Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Zemfira Əliyeva (+70 kq) mübarizə aparacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111