Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçu kişilər ikinci tura çıxacaqlar

İyulun 4-də Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən Sağlamlıq İdman Mərkəzində kişi cüdoçular arasında Liqa yarışlarının ikinci turu keçiriləcək. Bir gün davam edəcək bu  turda 41 klub və idman cəmiyyətini təmsil edən 222 tatami ustası medallar uğrunda yarışacaq. 

Qeyd edək ki, ACF-nin illik təqvim planına əsasən cari mövsümdə Liqa yarışlarının 3 dəfə keçirilməsi nəzərdə tutulub.

Yeri gəlmişkən, məhz bu Liqa yarışları sayəsində cüdoçuların reytinq vəziyyəti formalaşır.

Onu da qeyd edək ki, Arenaya giriş pulsuzdur.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin