Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Akif Əli: 

Ermənistanda ilk dəfə ağıl işləndiyini görürük

Ermənistanda maraqlı proseslər baş verir: ilk dəfə ağıl işləndiyini görürük.

Nikol Paşinyanla Eçmiədzin Kilsəsi arasında dava gedir.

Min ildir erməniləri məhz Eçmiədzin kilsəsi idarə edir. Bütün şər işlər, çirkablar oranın ideya təlimatları, siyasi istiqamətləndirmələri ilə həyata keçirilib.

Türklərə nifrət də, Azərbaycana həqarət də, Qarabağı işğal etmək fikri də, Türkiyə və Azərbaycana ərazi iddiaları da, saxta “soyqırım” oyunbazlıqları da, türk aydınlarına, diplomatlarına qarşı terror da, tarixi hadisələrin saxtalaşdırılması da, abidələrin üzərində daşyonma əməliyyatı aparıb onların erməniləşdirilməsi də, “əlyazmaların” qədimləşdirilməsi də, türk-oğuz mədəniyyətinə aid sənət abidələrinin oğurlanması da, milli dəyərlərin mənimsənilməsi də... Bir sözlə ətrafımızda nə pislik varsa, - kökü Eçmiədzinə gedib çıxır.

Ora bir şər yuvasıdır. Və bütün dostluqları da dünyadakı şər yuvaları ilədir... “Ermənistan” tarixi xalqın və dövlətin tarixi deyil, kilsənin və keşişlərin tarixidir. İndi isə tarixdə ilk dəfə erməni dövlət başçısı özündə cəsarət tapıb Eçmiədzinə qarşçı müharibə elan edib.

Nikol Paşinyan keşişlərə deyir: “Gedin oturun yerinizdə! Bizi dünyada rüsvay edən siz din xadimlərisiniz. Yüz illərdir erməniləri müasir dünya sivilizasiyasından uzaq vəhşi tayfa kimi tərbiyə edən də sizsiniz. İnsanları aldadıb “Böyük Ermənistan” xülyaları, “Dənizdən dənizə” xəyalları ilə oynadan Eçmiədzindir. Siz dindarlar əgər həqiqi Allah adamlarısınızsa, o zaman kilsə xadiminin yeri Allahın evinin içidir. Girin oturun Allahın evi sandığınız kilsədə və bayıra çıxmayın. Dövlət idarəçiliyinə qarışmayın. Yer işləri sizin qafanız üçün deyil. Sizin qafanız elmə yox, cəhalətə işləyir. Gözünüz yerə yox, göylərə baxır. Üzünüz müasir dünyaya, irəliyə yox, geriyə, qədim keçmişlərə sarıdır... Dünya isə çoxdan dəyişib!”

Həqiqətən Ermənistanda maraqlı proseslər gedir.

Xeyirli olsun!

Best coffeeshop in Berlin