Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Günay Qubanova Avropa çempionudur 

Şimali Makedoniyanin paytaxtı Skopyedə 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi Avropa çempionatı davam edir. Dünən Azərbaycan yığmasının daha bir üzvü - 59 kq çəkidə mübarizə aparan Günay Qurbanova uğurlu çıxışını davam etdirməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qeyd edək ki, yarımfinalda belaruslu Marta Hetmanovaya (11:0) qalib gələn güləşçimiz həlledici finalda isə türkiyəli rəqibi Sevim Akbaşa fürsət verməyib - 9:1. Bununla da o, öz həmyaşıdları arasında Avropa çempionu adını qazanıb.

Bu hazırkı Avropa çempionatında qızlardan ibarət U-20 yiqmamizin ilk medalı olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin