Azərbaycan boksçuları Dünya Kubokunda qələbəli yürüşlərini davam etdirirlər
Azərbaycanın daha iki boksçusu Astanada (Qazaxıstan) keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.
Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Yığmamızın üzvü Maqomedali Qasımzadə (60 kq) Yohan Aqera (Dominikan Respublikası) ilə qarşılaşıb. Döyüş Azərbaycan boksçunun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinalda M.Qasımzadə braziliyalı Luis Qabriel do Nasimento ilə görüşəcək.
Maqomed Abdullayev (+90 kq) Taeung Yudanı (Cənubi Koreya) məğlub edib. Dünya çempionatının mükafatçısı 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə qazaxıstanlı Albek Oralbayla qarşılaşacaq.
Bundan əvvəl Sübxan Məmmədov (50 kq) da yarımfinala yüksəlmişdi. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Sanjar Taşkenbayla qarşılaşacaq.
Xatırladaq ki, bürünc medalları təmin edən Azərbaycan boksçuları finala vəsiqə uğrunda mübarizə aparmaq üçün iyulun 5-də rinqə çıxacaqlar.


