Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Ağabacını İvanaya dəyişən bəzi kişilər

Son günlər sosial şəbəkələrdə xorvatiyalı modelin Bakıya gəlməsi xəbərləri yayılmışdı. Və budur. 2016-cı ildə Xorvatiya gözəli seçilən model İvana Knoll "Formula-1" Azərbaycan Qran-prisində iştirak etmək üçün artıq Bakıdadır.  Sosial şəbəkələrdə bəzi istifadəçilərin səbrsizliklə İvananı gözləməsi qəbuledilməzdir. Acgözlük nümayiş etdirərək ovunu gözləyən qurdlar kimi şərhlərə tökülüşüblər. Kənarda mentalitet, Azərbaycan qadını dünyanən ən gözəl qadınıdır kimi ifadələrdən istifadə edərək camaata məsləhət verən "kişi"lərin özlərinə məsləhət verən lazımdır. Botokslu sifət, gel ilə doldurulmuş dodaqlar, bədən şəkilləndirmə əməliyyatı etdirərək ölkə gözəli seçilməsi adil deyil. Belə "model"lər bizdə də kifayət qədərdir. Bəzi kişilərimiz əfsuslar olsun ki, yeni əşya görəndə köhnəni atan uşaqlar kimi hərəkət edirlər. Unutmayın, İvana, Nataşa, Maşa bunlar keçicidir. Əziz kişilər sizə qalan Fatmalar, Ağabacılar qalacaq...

UMAY

Best coffeeshop in Berlin