Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Tahir Əmiraslanov:

Azərbaycanın sabahkı Salvador Dalilərinə, Pikassolarına, Mikelancelolarına bu gün bir yer lazımdır!

Çox möhtəşəm bir layihənin iştirakçısı oldum bu gün. Sevimli yetirməm, çox talantlı və minatür üzrə yeganə rəssam , alim Səkinə qızım yönəltdi . Şəkildə solumda duran hündür boylu gənc rəssam Natiqlə birlikdə 2009- cu ildə mənım barelyefimi işləmişdilər.

İndi mənim əllərimin surətini çıxarmaq istədilər. 5 mayda Ulu Öndərin 100 illik Yubileyinə həsr edilən sərgidə ölkəmizdəki böyük bildikləri şəxslərin əllərinin surəti ilə birlikdə Heydər Əliyev mərkəzində sərgiyələcəklərini dedilər.

Sağımdakı talantlı gənc rəssam Kənandır.

Çox təvəzökar, zəhmətkeş, dərin düşüncəli gənclərdən , işlərindən , emalatxanalarından nur , işıq yayılrdı içimə. Çox böyük dahi rəssamlar yetişir olkəmizdə . Bu nur bir işıq selinə çevriləcək mütləq

Digər yaraşıqlı gəncimiz Akifdir. Hələ təzə başlayıb .Qazilərimizdəndir.

Amma bu işıq təcəssümələrinin içrində bir dərd , həyacan gizlənıb .

Bir aya emalatxanaları söküləcək. Əsərlərini hara qoyacaqlar, harada işləyəcəklər.?

Heç bir maddi dəstək almayan bu gənc talantlara emalatxana , yaradıcılıq məkanı lazımdır.

Azərbaycanın sabahkı Salvador Dalilərinə, Pikassolarına, Mikelancelolarına bu gün bir yer lazımdır!

Best coffeeshop in Berlin