Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Daş dövrünün "Böyük Tiqran"ı

Bildiyimiz kimi Qarabağda yaşayan ermənilər təşviş içində yaşamağa davam etməkdədirlər. Ermənistan mətbuatında yazılan məlumata görə, Ermənistan artıq Qarabağda yaşayan ermənilərə pasport verməyəcək. Ermənilər nə qədər sülhdən boyun qaçırmağa çalışsalar da, sonda ya şərtlərlə razılaşmalı, ya da tərk etməli olacaqlar. Hamımıza məlumdur ki, Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında mübahisə bu gün də davam etməkdədir. Sözdə "Böyük Tiqran"ın davamçılarıyıq desələr belə eyni bayraq altında hələ də birləşməyi bacara bilməyiblər. Aparılan düzgün siyasət nəticəsində Ermənistan ağ bayraqları qaldırmaq yolunda sürətlə irəliləyir. Rəsmi İrəvan Qarabağ ermənilərindən çoxdan imtina edərək onların pasport almaqlarını əngəlləməklə bərabər, təqaüd və bank kartlarını da bloklayacaq. Artıq Ermənistan höküməti vətəndaşlarının taleyi ilə maraqlanmaqdan çoxdan imtina edərək ipləri Azərbaycanın ixtiyarına verdi.

UMAY

Best coffeeshop in Berlin