Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

VAQİF BƏHMƏNLİ: DÖRD DOST

Vaqif Bəhmənlinin doğum günündə 

Fotonu S. Rasim çəkdi...

Fotoda: Şairin dördü birdən -

V. Bəhmənli,

M. Soltan,

A. Həsənli,

T. Nurəli.

İkinci sıradan birinci - R. Gülgün.

Məncə, insanlara yaraşan ən gözəl libas işıqdır!

 

Canım dost istəsə, qardaş istəsə

yadıma kim düşür, kimdən irəli?

Ölərəm arzuma biri yox desə;

Maarif, Ağacəfər, Tofiq Nurəli!

 

Birgə boy atmışıq sözün ləkində,

Yan-yana canlanıb olmuşuq diri.

Biri tum, biri bar, biri əkindi –

Maarif, Ağacəfər, Tofiq Nurəli!

 

İsmayıllı, Lerik, Qubadı dadım

Cəmi Füzulitək dadlı, şirəli...

Bir addım mənəmsə, onlar üç addım –

Maarif, Ağacəfər, Tofiq Nurəli!

 

İçi qızıl dolu küpümdü mənim-

Üç sahib dağlıdı, Vaqif dərəli.

Dost taya keçməyə körpümdü mənim

Maarif, Ağacəfər, Tofiq Nurəli...

Vaqif Bəhmənli. 2015

 

Best coffeeshop in Berlin