Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

22 cüdoçumuz AK-dan 1 gümüşlə qayıdıb

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa Kubokuna yekun vurulub. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla turnirdə 32 ölkəni təmsil edən 447 (280 oqlan və 167 qız) medallar uğrunda mübarizə aparıb. AGF-dən verilən məlumata görə, ölkəmiz turnirə böyük heyətlə (14 oğlan, 8 qız) qatılıb və 10 çəki dərəcəsində çıxış edib.

Təəssüflər olsun ki, 22 cüdoçumuzdan yalnız biri - 100 kq-da tatamiyə çıxan Davud Namazlı mükafatçılar sırasında yer ala bilib. O, yalnız həlledici finalda büdrəyərək çıxışını ikinci yerdə bitirməklə gümüş medal qazanıb.

Hazırda yığmamız Çexiyada təşkil edilən beynəlxalq təlim-məşq toplanışına (TMT) qatılıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin