“Qarabağ” daha bir legionerlə yollarını ayırır
"Qarabağ"dan ayrılan daha bir futbolçunun adı məlum olub.
26 yaşlı futbolçu Redon Djija növbəti mövsümdə “atlar”ın düşərgəsində olmayacaq.
Ağdamlılar müqaviləsi gələn ilin yayına kimi qüvvədə olan alban hücumçu ilə yollarını ayırıb. “Qarabağ” rəhbərliyi uzun müddət Djijanı müqaviləni ləğv etməyə razı salmağa çalışdı və nəticədə bu baş verdi.
Beləliklə, Djija Yassin Benzia, Patrik Andrade və Marko Vesovicdən sonra "Qarabağ"dan ayrılan 4-cü legioner olub.
Klub yaxın günlərdə futbolçunun gedişini rəsmən açıqlayacaq.
Xatırladaq ki, Redon Djija "Qarabağ"a 2023-cü ilin əvvəlində Albaniya Tiranından keçmişdi.


