Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlk koronavirus peyvəndini sınaqdan keçirən alim qəzada öldü 

Rusiyada “Excellen” şirkətinin alimi və direktoru Konstantin Zaxarova Leninqrad vilayətində yol qəzasında dünyasını dəyişib.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki,  “MAN” markalı yük maşınının təkəri partlayıb, sürücü idarəetməni itirib, qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb və “Audi Q7” markalı avtomobilə çırpılıb. Avtomobili 45 yaşlı Zaxarova idarə edirmiş. Alim hadisə yerində dünyasını dəyişib.

"Excellena" Sputnik V koronavirus peyvəndini sınaqdan keçirən ilk təşkilatdır. Tibb elmləri namizədi Zaxarova şirkətin direktorlar şurasına rəhbərlik edirdi.

Best coffeeshop in Berlin