Tramp: Azərbaycan-Ermənistan münaqişəsi tezliklə uğurla başa çatacaq
"Azərbaycanla Ermənistan arasında münaqişə tezliklə uğurla həll olunacaq".
Bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
"Və biz daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan. Görünür, bu münaqişə başa çatmaq üzrədir. Uğurla başa çatmaq üzrədir", - deyə Ağ Ev lideri bildirib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqton Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



