Boksçumuz Abbasqulu Şadlinski Portuqaliyada birinci olub
Portuqaliyanın Braqa şəhərində boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi beynəlxalq turnir başa çatıb. Azərbaycan təmsilçilərindən biri - Abbasqulu Şadlinski (75 kq) turnirdə daha yaxşı döyüşərək çempion olub və qızıl medala layiq görülüb. Qeyd edək ki, bütün döyüşlərini qələbə ilə başa vuran boksçumuz yarımfinalda ev sahiblərindən Françesko Silvani, həlledici finalda isə Bəhreyn millisinin üzvü Hassan Çamaşırı məğlubiyyətə uqradib.
İNTİQAM Məmmədov


