Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sankt-Peterburqda azərbaycanlı sahibkarlar saxlanılıb

Leninqrad vilayətinin (Rusiya Federasiyası) Vsevolojski rayonunda dörd polis idarəsinin rəisi korrupsiya əməllərinə görə saxlanılıb. Daha sonra hüquq-mühafizə orqanları adıçəkilən polis əməkdaşlarına rüşvət verdiyi iddia edilən, aksizsiz spirtli içkilər və qaçaqmal siqaret satışı ilə məşğul olan Azərbaycandan olan sahibkarları saxlayıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İstintaqın məlumatına görə, azərbaycanlı sahibkarlar “qaçaqmalçılıq və tütün məhsulları satmaqda, habelə qanunsuz miqrantları işə cəlb etməkdə” ittiham olunurlar.

Saxlanılanlar Vüsal Orucev, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə ittiham olunurlar. Sahibkarlar barəsində sentyabrın 9-dək həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Voronejdə xüsusi təyinatlılar azərbaycanlı iş adamı Yusif Xəlilovun üzərində axtarış aparıblar. Sonuncu məşhur bir restorana və böyük bir bazarda paya sahib idi. Həmçinin Yekaterinburqda təhlükəsizlik qüvvələri “Azərbaycan-Ural”ın rəhbəri Şahin Şıxlinskiyə qarşı əməliyyat zamanı binanı mühasirəyə alıb.

Best coffeeshop in Berlin