YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Telli Pənahqızı: Fikrə münasibət bildirməyəcəksinizsə, hansı günün dostusunuz?
Dostluq göndərən və israrla qəbul etməyimi istəyənlər var! Sağ olsunlar, imkanım olduqca arzularını reallaşdırıram. Amma və lakin...
Bu "dostların" böyük əksəriyyətinin nə paylaşdığım, nələr yazdığım heç vecinə də deyil.
Onda niyə dost, izləyici olmağa can atırdınız ki? Əgər heç nəyi oxumayacaq, heç bir yazıya və ya fikrə münasibət bildirməyəcəksinizsə, hansı günün dostusunuz? Deyin, mən də bilim...


