Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi “Qadın gülərsə”  adlı sosial kampaniyaya qoşulub- Mais İbrahimov 

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir müddət əvvəl Elm və Təhsil Nazirliyi tərəfindən başladılan “Qadın gülərsə” adlı sosial kampaniyaya qoşulanların sayı günbəgün artmağa başladı. Öz müəlliminin, həkiminin, anasının və digər qadınların təbəssüm dolu fotolarını paylaşaraq bu kampaniyaya qoşulanlar onlara olan sevgilərini, təşəkkür borclarını ifadə etməyə çalışdılar.

Rayonumuzda keçirilən bir çox tədbirlərdə xüsusi fəallıq göstərən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi bu  kampaniyaya da fərqli şəkildə qatılıb. 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, komitə tərəfindən Gənclər Mərkəzində bir qrup şəhid anası və şəhid xanımları ilə görüş keçirilib. Görüşdə komitə sədri Arzu Niftəliyeva, üzvlər, təhsil işçiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Çay süfrəsi arxasında keçirilən görüş zamanı qadınlarımızın icimai fəallığından, dövlətimiz tərəfindən  şəhid ailələrinə göstərilən diqqətdən söz açılıb, şəhid analarının və xanımlarının ürək sözləri dinlənilib. Tədbir təşkilatçıları səmimi keçən görüşdə əsas məqsədin məhz şəhid vermiş qadınlarımızın üzündə təbəssüm yaratmaq olduğunu bildirib.
Sonda bütün görüş iştirakçılarına Azərbaycan qadınının əvəzolunmaz atributu, gözəllik, ləyaqət və hörmət rəmzi olan kəlağayılar hədiyyə edilib və xatirə fotoları çəkilib.