Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Masallılı rəssamın əsəri mükafata layiq görülüb- Akif Ağayev 

Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov  Xətai Sənət Mərkəzində keçirilən “Düşün və yarat!” yaradıcılıq müsabiqəsində iştirak edib.

Rəssamın “Xəzərim” adlı əsəri mükafata layiq görülüb.

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinə ölkəmizin müxtəlif güşələrindən 1000 nəfərə yaxın iştirakçı 1500-ə qədər rəsm əsəri, gil, karton, kağız, metal parçası, plasmas və s. materiallardan hazırlanmış bir əşya və texnoloji sistemlər təqdim edib.

Akif AĞAYEV

Best coffeeshop in Berlin