Məktəbli boksçularımız Avropa birinciliyinə qatılacaqlar
23-27 İyul günlərində Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qızlar arasında boks üzrə Avropa birinciliyi keçiriləcək. ABF-dən verilən məlumata görə, 5 gün davam edəcək bu yarışda ölkəmiz 16-sı oğlan, 9-u zərif cinsdən olmaqla 25 idmançı ilə təmsil olunacaq. Komandaya ABF İdarə Heyetinin üzvü Rövşən Hüseynov rəhbərlik edir.
Daha bir həmyerlimiz - Qalıb Əliyev isə birincilikdə hakimlik edəcək.
İNTİQAM Məmmədov


