Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yunan-Roma güləşi üzrə yığmamız Budapeştdə birinci olub

Macarıstanın paytaxtı Budapeştdə idman güləşi üzrə böyüklər arasında keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi reytinq xarakterli beynəlxalq turnirə yunan-Romaçıların çıxışı ilə yekun vurulub. Yığmamız qazandığı 4 (1-0-3) medal və topladığı 94 xalla komanda hesabında birinci yeri tutub. İkinci yeri Gürcüstan (88 xal) özünə təmin edib. Ondan cəmi bir xal geri qalan ABŞ (87 xal) isə ilk üçlüyü tamamlayıb.

Qazanılan medallara gəlincə, qızılı Nihad Məmmədli (60 kq), buruncləri isə Ruslan Nurullayev (72 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədliyev (97 kq) qazanıb.

Xatırladaq ki, Azərbaycanın sərbəst güləş üzrə yığma komandası isə 5 (1-3-1) medal və 100 xalla turnirdə üçüncü yeri tutub.

Xatırladaq ki, Gürcüstanın (105 xal) birinci olduqu həmin turnirdə ikinci yerin sahibi 102 xalla ABŞ komandası olub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin