Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Şəkər xəstəliyinin şirniyyat yeməklə heç bir əlaqəsi yoxdur

Şirin qidalar və un məmulatları yemək şəkərli diabetin yaranmasında əsaslı rol oynamır. Yəni şəkər yeməsən diabet olmayacaqsan fikri yanlışdır.

Bu barədə endokrinoloq Valentin Fadeyev məlumat verib.

“Şirin yeməkdən diabet əmələ gəlməsi mifdən başqa bir şey deyil.

I tip diabet insulin defisitindən yaranır, mədəaltı vəzinin hüceyrələrinin ölümündən qaynaqlanır.

II tip diabetin əsas səbəbi piylənmədir.

Piylənmənin arxasında isə təkcə şirinə meyillilik yox, ümumiyyətlə normadan artıq yemək, çox yeməyə aludəçilik və zərərli vərdişlər durur.

Əgər bir insan şirniyyat sevmirsə, az yeyirsə, amma digər yeməkləri, yağlı qidaları yeyib, emal olunmuş hazır qidalar,alkoqol qəbul edirsə, onda artıq çəki yaranır. Bu adamlar şəkər xəstəsi olur. Məsələn, daha çox kişilərin şəkər olmasının səbəbi yağlı yemək, az hərəkət, içkidir.

Diabet infeksion xəstəlik deyil, onun yaradıcısı irsi meyillik və çox yeməkdir” .

Best coffeeshop in Berlin