Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ölkəmiz Böyük Dəbilqədə 3 cüdoçu ilə təmsil olunacaq 

25-27 İyul günlərində Monqolustanın paytaxtı Ulan-Batorda kişi və qadın cüdoçular arasında reytinq xarakterli Böyük Dəbilqədə turniri keçiriləcək. Üç gün davam edəcək bu turnirdə Azərbaycan 2 çəkidə 3 cüdoçu ilə təmsil olunacaq. Artıq cüdoçularımızin ilk rəqibləri də bəllidir. Bu gün atılan püşkün nəticəsinə görə 60 kq-da çıxış edən Balabəy Ağayevin ilk rəqibi  1/8 finalda Konstantin Simeonidis (BƏƏ)/Mendsayxan Niyameuren (Monqolustan) cütünün qalibi olacaq. Eyni çəkidə tatamiyə çıxan Turan Bayramov isə ilk olaraq,  Sumiyabazar Enxtayvan (Monqolustan)/Yuantao Van (Çin) cütünün qalibi ilə üzləşəcək. 

66 kq çəkidə güləsən Elşən Əsədovsa Cantsandorj Unurbatla (Monqolustan) ilə güləşəcək.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111