Rusiyada təyyarə qəzası: 49 nəfər öldü - Hadisə yerindən GÖRÜNTÜLƏR
Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.
AZpress.AZ xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb.
Sərnişinlərdən sağ qalan olmadığı bildirilir.
"Rosaviasiya"nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.
https://youtube.com/shorts/4cLdBbpfsiI?si=keb9jHwLlqjCQEZI


