Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Alimlər deyirlər ki, tarakan südü yeni super qidadır

2016-cı ildə aparılan bir araşdırma, tarakan südünün dünya aclığına son verə biləcəyini göstərdi. Camış və inək südündən üç dəfə daha kalorili və sağlamdır. 

Alimlər "Diploptera punctate" tarakanlarının öz nəslini qidalandırdıqları südü tədqiq edərək onun tərkibində xüsusi zülal kristallarının olduğunu müəyyən ediblər. Bu kristallar bütün vacib amin turşularını, yağları, şəkərləri və zülalları ehtiva edir. Üstəlik, həzm zamanı faydalı maddələr çox yavaş ifraz olunur ki, bu da orqanizmi daimi enerji ilə təmin edir. Bundan əlavə, kristallardan olan amin turşuları əzələ toxumasını mükəmməl şəkildə bərpa edir. Ancaq bu cür südü təbii yolla əldə etmək mümkün deyil, çünki bu, həşəratın kəsilməsini tələb edir. Tədqiqatçılar zülal kristallarının istehsalına cavabdeh olan genləri təcrid ediblər və hazırda laboratoriyada bu genlərin süni şəkildə yenidən yaradılması üzərində işləyirlər.

Best coffeeshop in Berlin