Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Bəybala Mirzəyev:

Sonuncu Mogikanlardan birinin də ömür marafonu beləcə bitdi

Analitik düşüncə sahəsinin patriarxı sayılan Henri Kissincer də dünyasını dəyişdi.

Düz 100 il ömür sürən bu fenomenal şəxsiyyət 1969-cu ildən 1977-ci ilə qədər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri və eyni zamanda dövlət katibi vəzifələrini icra edib.

O, həm Birləşmiş Ştatların, həm də bütövlükdə Qərbin xarici siyasət prioritetlərini formalaşdıran əsas simalardan biri olub.

Bütün ABŞ və Qərb liderlərinin hesablaşdığı, hörmətlə yanaşdığı H.Kissincer Vyetnamda rüsvayçı müharibəyə və 1973-cü ildə İsrail-ərəb dövlətləri arasındakı savaşa son qoyulması üçün göstərdiyi xüsusi səylərə görə Nobel Sülh mükafatına layiq görülən yeganə dövlət katibidir.

1999-cu ilin yanvarında Azərbaycana da səfər edən H.Kissincer 20-ci əsrin qlobal geopolitik düzəninin formalaşmasında xüsusi rol oynayıb.

Ancaq onun yanaşmaları heç də həmişə təqdirlə qarşılanmayıb. Onu Rusiya-Ukrayna savaşında Rusiyanı, İsrail-HƏMAS savaşında isə İsraili dəstəklədiyinə görə qınayanlar da çox idi.

20-ci əsrin sonuncu Mogikanlarından birinin də ömür marafonu beləcə bitdi.

Best coffeeshop in Berlin