Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Kərim Kərimli: 

Sovet ordusunda xidmət edənlər yəqin ki, xatırlayarlar...

O zaman tez-tez "millət davası" düşərdi. Tutalım ki, ermənilərlə azərbaycanlılar, çeçenlərlə ruslar, özbəklərlə gürcülər və başqaları ilə başqaları tez-tez kollektiv şəkldə dalaşardılar.

...Və adətən kiminsə, bəzən kimlərinsə gözlərinin altı möhkəm qaralardı. Təbii ki, o cümlədən azərbaycanlıların da.

Başqa millətlərdən olanların bir çoxu komandir və ya rəis heyətindən kimsə soruşanda o dövrün sözü lə desək, satqınlıq edər və onları kmin vurduğunu, gözlərinin altını kimin qaraltdığını söyləyərdilər.

Təkcə azərbaycanlılar bu cür etirafa yaxın gəlməzdilər və bir qayda olaraq belə cavab verərdilər: "Yıxılmışam..."

Bu cavab qəbul edilsə də, hamıya məlum idi ki, bu "yıxılmaq" o yıxılmaqdan deyil...

Bir dəfə hərbi hissənin komandiri polkovnik Bojevolnı(y) məndən soruşdu:

- Kərimli, nə üçün azərbaycanlılar yıxılanda bir qayda olaraq gözü aşağı yıxılırlar və adətən gözlərinin altı zədələnir? Düzdür, - deyə yumorla davam etdi, - bütün digər millətlər kimi azərbaycanlıların da yıxılmaq hüququ var, ancaq adətən gözlərinin altının üstünə yıxılmaqları bir az təəccüb doğurur. Sizcə bunun səbəbi nədir?

- Yoldaş polkovnik, - dedim, - biz gözümüzün düşməyinə razı olarıq, ancaq gözdən düşməyimizə əsla! Məncə səbəb yalnız budur...Bir də, məncə günah qaralmış gözü göstərəndədir, qaraldanda yox!.. - deyə əlavə etdim.

Deyəsən cavabım xoşuna gəlmişdi. Ondan sonra baş tutan az saylı görüşlərimizdə (bayram tədbirində, axşam yoxlamasında, mükafatlandırma mərasimində və s.) şəhadət barmaqlarından birini gözünün altına tuşlayıb gülümsəyərdi...

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111