Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanda ötən il 634 nəfərdə hepatit aşkarlanıb

Azərbaycanda 2024-cü ildə ilk dəfə 634 nəfərə viruslu hepatit diaqnozu qoyulub.

Bu barədə Dövlət Statisika Komitəsindən AZpress.AZ-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il ərzində ölkənin tibb müəssisələrində 634 nəfərə ilk dəfə viruslu hepatit diaqnozu qoyulub. Onlardan 51 nəfərdə hepatit B, 142 nəfərdə isə hepatit C aşkar edilib.

Qeyd edək ki, hər il iyulun 28-də Ümumdünya Hepatitlə Mübarizə Günü qeyd edilir.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111