Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəmsəddin Əliyev:

Xalq şairi Qabilin "ƏSƏRLƏR" YEDDİ CİLDLİYİNİN III cildində "Ümid sənədir ancaq..." şeiri

Azərbaycan Respublikasının xalq şairi Qabilin "ƏSƏRLƏR" YEDDİ CİLDLİYİNİN III cildində "Ümid sənədir ancaq..." şeiri həmişə poetik təravətini saxlayacaq. Amma 44 günlük müharibə zamanı və sonra bu patriotizm ruhlu sətirlər nə televiziyalarda,nə digər KİV-də və sosial şəbəkələrdə səslənmədi. Çox təəssüf!

Şeir ixtisarla belədir:

Uzanır danışıqlar,

İmzalanır sənədlər.

Xəritədə aləmə

Göstərilir sərhədlər...

Səsimizə səs verir

Dünya başbilənləri

Ümid sənədir

ancaq,

Azərbaycan əsgəri!

 

Dəyirmi masalarda

İzi var dirsəklərin...

Ağlasığan söhbəti,

Sözü var

dəstəklərin.

Yardım bağlamasında

Özü var dəstəklərin.

Lap ləl-cəvahir olsun

Hər yardımın dəyəri...

Ümid sənədir ancaq ,

Azərbaycan əsgəri!

 

Diplomat cənabların

Hər biri hörmətlidir.

Bu məqamda ölkəmə

Təşrifi qiymətlidir.

Səyi təqdirə layiq,

Rəyi ədalətlidir.

Gözdən-nəzərdən salan

Kimdir ki,bu işləri?

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

 

Ali qonaqlar gəlir

Dünyanın hər yerindən.

Ürək yanır,göz dolur

Şəhid qəbirlərindən...

Düşünüb daşınıram

Özlüyümdə dərindən:

İntiqam ala bilməz,

Qana qan ola bilməz

Məzarları bəzəyən

Ehtiram çiçəkləri...

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

 

Sülhə qurban kəsərəm,

Mən də qan istəmirəm.

Təzə-tər qərənfilli,

Xiyaban istəmirəm.

Tükənir səbrim fəqət,

Sazişlər,qətnamələr,

Bəyanətlər kifayət!

Ziyafət dumanına

Nəzakətlər kifayət!

Yurdsuzlara yurd olan

Biyaban istəmirəm!

 

Yellənən sülh bayrağı,

Bu bayrağa kəm baxan,

Həm baxmayan,həm baxan

Bədgüman istəmirəm,

Sevindirsin milləti

Qoy sülhün şad xəbəri,

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

Bakı, 1996-cı il.

Best coffeeshop in Berlin