Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Hüseyn İsmayılov dünya çempionudur

Yunanıstanın paytaxtı Afinada 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatı artıq başa çatmaq üzrədir. Qeyd edək ki, çempionatın dünənə təsadüf edən 6-ci günü sərbəst güləş üzrə yiqmamizin iki üzvü uqurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Onlardan biri dünya çempionu olaraq, qızıl medal, digəri isə üçüncü yeri tutmaqla bürünc qazanıb.

Çempion adına 65 kq çəkidə mübarizə aparan və bütün görüşlərini qələbə ilə başa vuran Hüseyn İsmayılov sahiblənib. O, həlledici final görüşündə amerikalı rəqibi Arsen Kikinyova sonuncu xal prinsipi ilə qalib gəlib - 2:1.

Günün bürünc əyarlı medalı isə çıxışını üçüncü yerdə bitirən Hakim Tağıyevin (110 kq) aktivinə yazılıb. Yeri gəlmişkən, təsəlliverici görüşdə erməni rəqibi Laert Movsisyani rəzil edən (13:4) güləşçimiz bürünc uğrunda kiçik finalda isə bolqarıstanlı Stefan Stefanovdan üstün olub - 1:1 (sonuncu xal prinsipi ilə). 

Bu gün çempionata yekun vurulacaq. Son gündə isə yiqmamizin daha 4 üzvünün təsəlliverici görüşlərə qatılaraq bürünc medal qazanmaq şansı var. Bu dördlükdə Ramal Mirhuseynov (51 kq), Həsən Həsənov (60 kq), Rəşad Veysəlov (71 kq) və Səid Paşayev (92 kq) yer alıb.

Xatırladaq ki, hazırda Azərbaycan yığmasının aktivində 5 (2-1-2) medal var ki, bunlardan da bir dəsti (1-1-1) komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşən yunan-Roma güləşi üzrə yığma komandamızın payına düşür.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin