Orxan Fikrətoğlu:
Axmaqlar bu ölkə üçün əbədi problemdir..
Putin dövləti hissiyatla idarə edir.
Deməli bu ölkədə rasional ağıl predmeti yoxdur.
Rusiyanın otuz il ərzində informasiya siyasətini icra edən sistemin ən üst qatında təmsil olunan Qusmanın Şuşaya səfəri nədənindən qəfil istefayə göndərməsi şimal diyarının özünə yeni cəbhələr açmasıdır.
Bu addım antiazərbaycan addımı olmaqla bərabər həm də antisemit addımıdır.
Azad fikrin,düşüncənin,özünüifadə etmənin süqutudur.
Azərbaycanla bu isterik zəmində savaş Rusiyanın zəifliyinin sübutudur.
Qusman Azərbaycanda və Azərbaycan üçün yaddaşdır.
Görək sonra hansı qapı bağlanacaq və nə vaxta qədər?
Paşinyan seçkiləri udacaq. Sülh sənədini də imzalayacaq.Sadəcə bu xəbəri TASS Qusmansız yayacaq.
Rusiyada iki böyük problem var.
Yollar və axmaqlar..
Yolları alman maşınları nə zamansa düzəldəcək.
Axmaqlar isə görünür bu ölkə üçün əbədi problemdir..


