Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

1.MƏQALƏMİZİN GİRİŞ HİSSƏSİ-(qısa məlumat)
Beləliklə, sabah növbəti MƏHKƏMƏ içlasıdır. İddiaçılar, Samirə Sadıqova  və Mahirə Kərimova 10.03.2025-ci il tarixində Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş attestasiyanın nəticələrinin ləğv edilməsi və onun əsasında onların, işdən əvəzedici direktor Gülnarə Səfərova tərəfindən azad olunmalarını qeyri-qanuni hesab etməklə öz iş yerlərinə bərpa olunmalarını tələb edirlər. Bundan əlavə Samirə Sadıxova ona dəyən mənəvi ziyana görə 1000 azn təzminata iddialıdır.

İddia ərizəsində qeyd olunur ki, 6 nömrəli Uşaq Musiqi Məktəbinin əvəzedici direktoru Gülnarə Səfərova  iddiçıları (hansılar ki, öz ərizələri ilə işdən çıxmaqdan imtina etmişdilər) işdən azad etmək üçün əsas qazanmaqdan ötəri  attestasiyanın işinə müdaxilə etmişdir.(Burada haşiyə çıxaq ki, jurnalist araşdırma qrupunun əldə etdiyi məlumatlara əsasən, bu oyunda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin xüsusi xeyir-duası olub-,red.) Bu oyunun baş tutmasında isə, savadı şübhə doğuran komissiya sədri Nigar Məlikova canfəşanlığı ilə xüsusilə fərqlənmişdir.

Təəssüflər olsun ki,, Mədəniyyət Nazirliyinin, bəlkə də xeyirxah məqsədlərə hədəflədiyi attestasiya proyekti,  səriştəsiz, çirkin əməllər ustalarına, korrupsionerlərə həvalə olunduğundan, ictimaiyyətdə uğürsuz bir addım kimi ad çıxartdı

2.Biz REDAKSİYANI MARAQLANDIRAN BİR ÇOX SUALLARA CAVAB TAPMAQ ÜÇÜN, yaratdığımız “JURNALİST ARAŞDIRMA QRUPU”nun bu gündən etibarən aşağıdakı mövzular üzrə araşdırmalara başlamasına qərar verdik. Qeyd edək ki, xeyli faktlar, səs yazıları, videogörüntülər, şahidlərdən götürülmüş müsahibələr toplanmışdır və faktların əldə olunması, analiz edilməsi davam edir.
Biz topladığımız faktları artıq mütəmadi olaraq hörməli oxucularımıza təqdim etməyə hazırıq. Əgər Sizdə də bu mövzu ilə bağlı ifşaedici  faktlar(səs yazıları, videogörüntülər varsa, aşağıdakı el.poçta və yaxud WhatsApp nömrəsinə göndərə bilərsiniz:(anonim xətt üçün VPN-dən istifadə etməyiniz məsləhətdir)

El.poçt: azpress.az@mail.ru
WhatsApp: 051 520 3060

Mövzu-fakt-2.1..Məlumata görə Gülnarə Səfərova tabeliyində olan işçilərə Samirə Sadıqova  və Mahirə Kərimovaya əleyhinə ərizələr yazdırtdırıb məhkəməyə göndərir. Çox maraqlı ifşaedici faktlar üzə çıxıb (geniş ifşaedici məqalə təqdim olunacaq)

Mövzu-fakt-2.2...Gülnarə Səfərova nəyə görə öz iyrənc əməllərini həyata keçirmək üçün, tez-tez böyük sənətkarımız Şövkət Ələkbərovanın gəlini olduğunu xatırladır, iş çətinə düşəndə isə yüksək vəzifəli qohumunun adından istifadə edir(səs yazıları var)

Mövzu-fakt-2.3...Gülnarə Səfərovadan korrupsiya əməli: tabeliyində olan işçiyə daha bir pianino almağı tələb etdi, əməl etmədiyinə görə isə işdən qovdu  (səs yazısı var)

Mövzu-fakt-2.4...Gülnarə Səfərova tabeliyində olan işçiləri təhqir, söyüş və alçaldarkən kimə güvənir (n qədər səs yazıları təqdim olunacaq)

Mövzu-fakt-2.5...Maraqlıdır, Hesablama Palatası və digər nəzarət orqanları Gülnarə Səfərovanın illərlə direktoru olduğu  12 nömrəli onbirillik uşaq musiqi məktəbindən niyə yan keçirlər

 ARDI VAR... (Yuxarıda adı çəkilən məqalələr yaxın günlərdə Sizlərə təqdim olunacaq)

Mövzu-fakt-2.6

 

QEYD: 

Redaksiya qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini yayımlamağa hazırdır.

Bu mövzu ilə bağlı ikinci məqalə: https://azpress.az/home/show-news6585

Best coffeeshop in Berlin