İsraillə yeni müharibə baş verəcək? - İranın Atom Enerjisi Təşkilatının keçmiş sədri ah çəkdi
İranın Atom Enerjisi Təşkilatının (AEOI) keçmiş sədri Əliəkbər Salehi İsraillə İran arasında yeni müharibənin baş verib-verməyəcəyi ilə bağlı suala emosional reaksiya verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı kadrlar təqdim edib.
Jurnalistin bu mövzuda ünvanladığı sualı cavablandıran Salehi əvvəlcə dərindən ah çəkib. Daha sonra o, proqramın sonuna gəldiyinə işarə edən "Əssəlamu əleykum və rəhmətullah!" deməklə kifayətlənib.


