Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Sənətin sərhəddi yoxdur” festivalı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla növbəti ustad dərsi keçirildi +FOTO=91

IWS Art for Healing – “Şəfa üçün Sənət” Beynəlxalq Festivalının rəhbərləri Qəhrəmanova Elminaz və İbrahim İbrahimovun təşəbbüsü ilə keçirilən “Sənətin sərhəddi yoxdur” adlı Beynəlxalq Akvarel Festivalı çərçivəsində növbəti ustad dərsi baş tutdu.

Tədbirdə autizm, Daun sindromu, serebral iflic və digər xüsusi qayğıya ehtiyacı olan 25-dən çox uşaq iştirak etdi. Onlara rəngli və mənalı anlar yaşadıldı, yaradıcı düşüncələrinin inkişafı üçün şərait yaradıldı.

Tədbirin fəxri qonağı olaraq inklüziv sahədə illərlə əvəzsiz fəaliyyət göstərən  Azərbaycanda tanınmış rəssam Mehriban xanım Alışova iştirak etdi. Eyni zamanda tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Məlahət Kərimova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Aynurə Mahmudlu Humanitar Kollecin müəllimi və layihənin təşkilatçılarından biri Rahim İbrahimov iştirak etdilər.

Bundan başqa, Rəssamlıq və Yaradıcılıq Mərkəzinin bu il ali məktəbə qəbul olmuş istedadlı tələbələri – Rəfiqə Hüseynli, Ayan Hüseynova və Nəzrin Mövsümlü ustad dərslərində fəal iştirak etdilər. Tədbirin aparıcısı və layihənin fəal dəstəkçilərindən biri olan Lalə Eldarqızı öz çıxışı ilə uşaqlara və valideynlərə motivasiya verdi. Foto çəkilişlər isə fotoqraf Elnarə Əhmədovanın dəstəyi ilə həyata keçirildi.

Festival çərçivəsində Hindistandan qoşulan tanınmış rəssam və pedaqoq Kalidas Satardekarın çıxışı da nümayiş olundu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, “Sənətin sərhəddi yoxdur” festivalı sentyabrın 1-dək davam edəcək. İştirak etmək istəyənlər dərslərə yazılaraq bu bənzərsiz təcrübənin bir hissəsi ola bilərlər. Bütün ustad dərsləri könüllü müəllimlər heyəti tərəfindən, tam təmənnasız şəkildə həyata keçirilir.

IWS Art for Healing təşkilatı olaraq əsas məqsədimiz sənətin şəfa verici gücünü hər kəs üçün əlçatan etmək və incəsənət vasitəsilə sosial inteqrasiyaya dəstək verməkdir.

Fotolar Elnarə Əhmədovaya məxsusdur

Best coffeeshop in Berlin