Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

AZƏRBAYCAN RESPUBLİKASININ QÜRUR GƏTİRƏN NAİLİYYƏTLƏRİ

Müzəffər Ali Baş Komandanımızın ABŞ-da prezident Donald Tranp tərəfindən yüksək ehtiramla qarşılanması və qəbul olunması bizə böyük qürur verdi. Qalib ölkənin başçısının rəhbərliyinin, hərbi-iqtisadi sahələr üzrə zəfərdən-zəfərə addımlayan sərkərdəliyinin dünya miqyasında alqışlanması ölkəmizə daha böyük dividentlər qazandıracaqdır.
ABŞ prezidentinin mən İlham Əliyevin cəsarətli rəhbərliyi ilə fəxr edirəm deməsi ikinci Qarabağ müharibəsindən bu günlərə qədər ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunan ərazilərimizdə quruculuq, abadlaşdırma və bərpa işlərinin, eyni zamanda, tarixi qayıdış prooseslərinin məhz ABŞ tərəfindən yaxından izləndiyini, dəstəkləndiyini və qəbul olunduğunu bir daha ortaya qoydu. 
Həmçinin, ABŞ, prezident səviyyəsində bir daha göstərmiş oldu ki, Azərbaycan Respublikası və dövləti ilə qarşılılqı əməkdaşlıqlardan, iqtisadi münasibətlərin gedişindən, yeni reallıqlar üzrə perspektivlərindən və yeni dəhlizin açılmasından sonrakı mərhələdə əldə olunacaq iş birliklərindən olduqca məmnundur, maraqlıdır və bu proseslərdə Azərbaycan Respublikasına etibarlı, həmçinin yaxın tərəfdaş olaraq güvənir. 
Yeni dəhlizin ABŞ tərəfindən Beynəlxalq rifah yolu olaraq da adlandırılması, Azərbaycanın müəllifi olduğu bütün layihələr kimi bunun da dünya miqyasında humanizm dəyərlərinə böyük töhfə olacağına inamın təsdiqidir. Həm də, milli və beynəlxalq iqtisadiyyatlar üçün olduqca yüksək ideyalar mərkəzi olaraq, Azərbaycanın və şəxsən İlham Əliyevin bir daha dəstəkləndiyini göstərməkdədir.
Yeni dəhlizin istifadəyə verilməsi münasibətilə imzalanan momerandum zamanı müzəffər Ali Baş Komandanımızın ABŞ prsezidenti ilə görüşlərində diqqətçəkən qürurverici məqamlar da çox oldu. ABŞ prezidentinin Ağ evin rəmzi açarını prezidentimizə təqdim etməsi, çıxışları zamanı tez-tez sağ əlini dövlət başçımızın çiyninə qoyması və olduqca səmimi münasibətin göstərilməsi ilə öz iş otağında kreslosunun yanında yer verməsi, D.Trampın dövlətimizin başçısı ilə çoxdan görüşməyi istədiyini və qalib dövlətin başçısının, həm də ölkəsinə zəfər gətirən sərkərdənin qarşılanmasından sonsuz məmnunluq duyduğunu göstərdi.
Burada, həmçinin 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə olunan və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəlişin də ləğv olunması daha böyük qürur verdi. Mahiyyət etibarı ilə artıq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş olması, onun həm də sülsevər, humanizm dəyərlərinı önəm verən, həmçinin bunu əməli işi ilə sübut edən bir dövlət olaraq qəbul olunduğunu bir daha göstərmiş oldu.
Artıq yeni keyfiyyət mərhələsinin başlanması, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin ərazisinin əsas hissəsi arasında fasiləsiz gediş gəlişlərin, həmçinin tranzit daşımaların həyata keçirilməsi, dövlət büdcəmizə yeni daxilolmaların həcmini daha da artıracaqdır. Bu isə təbii olaraq, Naxçıvan Muxtar Respublikasının Azad İqtisadi Zona və Logistik Mərkəz olaraq daha səmərəli makroiqtisadi göstərəcilər əldə etməsinə əsaslı zəmin olacaq.
Təbii olaraq, bu görüş, Azərbaycan dövlətinin və müdirk rəhbərimiz İlham Əliyevin müəllifliyi ilə reallığa çevrilən yeni dəhlizin Azərbaycan üçün iqtisadi əhəmiyyəti olduqca yüksək olacaq. Belə ki, bu, hər şeydən əvvəl, ölkəmizin iqtisadi inkişafında, onun regional və milli iqtisadi perspektivlərinin əhatəsinin daha da şaxələndirilməsində daha mütərəqqi nəticələr gətirəcəkdir. Eyni zamanda, bu, makroiqtisadi zəmində sənayeləşmə və sosiallaşma proseslərinin daha da şaxələndirilməsində, xüsusilə də, Sənaye park və Məhəllələrinin milli iqtisadiyyat üçün əhəmiyyətinin daha da yüksəldilməsi proseslərində yeni keyfiyyət mərhələsinin əsaslarını yaratmış olacaq.
Yeni keyfiyyət mərhələsindəəsasları müəyyən olunan əlaqələr, Azərbaycanın geoiqtisadi mövqeyini möhkəmləndirən, ticarət və logistika perspektivlərini genişləndirən, eyni zamanda, daxili iqtisadi inteqrasiyanı daha da şaxələndirmiş olacaq strateji layihədir. Burada, bütün tərəflərinə görə:
- ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikası ilə birbaşa və fasiləsiz əlaqələr bərpa olunacaq və nəticədə, milli iqtisadi-istehsal münasibətləri ölkəmizin bütün iqtisadi rayonlarını daha dolğun olaraq əhatəsinə almış olacaq. Eyni zamanda, ölkəmizin əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında daha perspektivli və etibarlı quru yolu təmin olunacaq. Bununla yanaşı, muxtar respublikası ilə ticarət, yük və sərnişin daşımaları daha da, sürətlənəcək, daşınma məsrəflərini aşağı endirmək mümkün olacaq;
- Bütün tərəflərinə görə milli və beynəlxalq iqtisadi münasibətlər baxımından da əhəmiyyətli olacaq yeni dəhliz, həm də, ticarət dövriyyəsinin həcminin yüksəldilməsi istiqamətində səmərəli nəticələr vəd etməkdədir. Belə ki, qardaş Türkiyə Cümhuriyyətinin bazarlarına və Avropa üzrə ticarət məkanlarına çıxış üçün sərf olunan vaxtın olduqca qısalmasına və mənfəətli marşrutla təmin olunmasına zəmin olacaq.İxrac olunan məhsulların həm də, rəqabət qabiliyyətliliyinin artmasına geniş perspektivlər açılmış olacaq;
- düşünürük ki, bu proseslər, eyni zamanda, yeni dəhlizin istismara verilməsi, eyni zamanda, tranzit gəlirlərinin həcmində də artmasında daha səmərəli olacaq. Belə ki, Orta Asiya ölkələrindən Türkiyə Cümhuriyyətinə və Avropaya, həmçinin əks istiqamətdə nəql olunan yüklər məhz bu dəhliz vasitəsilə Azərbaycan Respublikasının ərazisindənkeçməklə təmin olunacaq. Bunun da nəticəsində, sistemli tranzit əməliyyatları üzrə rüsumlar və logistika xidmətləri əsasında dövlət büdcəsinə yeni gəlirlər daxil olacaq;
- daha səmərəli proseslər müstəvisində regional iqtisadi inteqrasiya proseslərinin sürətlənməsini təmin edəcək layihə, ölkəmizin yeni səmərəli layihələr ortaya qoya biləcək. Xüsusilə də, Türk Dövlətləri Təşkilatı əsasında iqtisadi münasibətlərindaha da genişlənməsinə səbəb olacaq. Eyni zamanda, Türkiyə Cümhuriyyəti, Orta Asiya və Rusiya arasında zəruri ticarət əlaqələndirilməsitəşəkkül tapacaq. Həmçinin, bu proseslərdə Naxçıvan Muxtar Respublikasının rolu, tarixi mövqeyi və əhəmiyyəti yüksələcək.
- Bunların hər biri öz özlüyündə, daha yeni perspektivlər açır, daha yeni şaxələndirmələr gətirir, regional iqtisadi inkişafı daha da sürətləndirmiş olur. Eyni zamanda, yerli iqtisadiyyatın daha da inkişaf etməsi, nəticə etibarı ilə isə, Zəngilan, Ordubad və yaxınərazilərdə etibarlı infrastruktur təsisatlarının yaradılması mümkün olacaq ki, bununla da, ticarət və turizm sahələrinin daha da inkişaf etməsinə imkanlar açılmış olacaq.
Beləliklə, Azərbaycan Respublikası yeni iqtisadi, siyasi, hüquqi, diplomatik və mədəni keyfiyyət mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələdə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmiz müəyyən etdiyi, hədəf olaraq qəbul etdiyi, prioritet olaraq nəzərə aldığı bütün tədbirlər daha da əlçatan olmaqdadır. Yaxın gələcəkdə, ölkəmiz həm də regionla birlikdə, eyni zamanda, beynəlxalq miqyasda daha böyük nəticələrin müəllifi olacaq.
 

Best coffeeshop in Berlin