Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-20 və U-22 voleybol komandalarımız AÇ-da iştirak edəcəklər

Azərbaycanın çimərlik voleybolu üzrə U-20 və U-22 yığma komandaları (oğlan və qızlardan ibarət) Avropa çempionatında iştirak edəcəklər. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, U-22 millilərimiz 14-17 avqust günlərində Avstriyada keçiriləcək Avropa çempionatına qatılacaq. Heyəti Muhəmməd Aslanlı/İbrahim Məmmədov və Nəriman Bayramlı/Tural Əsgərov cütlüyündən ibarət olan oğlanlardan ibarət milliyə məşqçi Atvars Bilsen, heyəti Səbinə Əlizadə/Cəmilə Bəşirova duetindən ibarət qızlar komandamıza isə  Nihat Tarverdiyev rəhbərlik edəcək. 

Eyni komandalar daha sonra isə 20-25 avqust günlərində İspaniyada U-20-lər arasında  keçiriləcək analoji yarışa qatılacaqlar.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111