Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tərtərdə it sahibini parçaladı

Tərtər rayonunda it sahibini parçalayıb.

AZpress.AZ "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Hacı Qərvənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Elçin Məmmədov fərdi təsərrüfatında saxladığı itin hücumuna məruz qalıb.

Qeyd olunub ki, it sahibinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib. O, ailə üzvləri tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Best coffeeshop in Berlin