Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sədr müşaviri: "Müalicə yollayışının qiyməti hər müraciət edən şəxs üçün ayrı hesab olunur"

"Müalicə yollayışlarında yalnız həyat yoldaşı ailə üzvü hesab olunur".

AZpress.Az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov deyib.

Onun sözlərinə görə, müalicə yollayışının qiyməti hər müraciət edən şəxs üçün ayrı hesab olunur:

"Müraciət edən şəxs 15 faiz dəyərini ödəyir. Həyat yoldaşı isə əmək pensiyaçısı, sosial sığorta ödəyicisi və ya həmkarlar ittifaqı üzvü olduğu halda 15%, bu üç şərtdən heç birini ödəmədiyi halda isə 50% ödəyir".

"İstirahət yollayışlarında həyat yoldaşı və 18 yaşa qədər övladlar, 18-23 yaş arası subay və işləməyən tələbələr ailə üzvü hesab oluna bilərlər. Bu halda yollayışın ümumi dəyərinin 15%-i ailə tərəfindən ödənilir", - sədr müşaviri əlavə edib.

Best coffeeshop in Berlin