"BakuBus" avtobusunda HƏYƏCANLI ANLAR - Nə baş verib?
Bakıda 3 nömrəli marşrut avtobusunda tüstülənmənin səbəbi məlum olub.
AZpress.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, bu gün saat 10:35-də Abay Kunanbayev küçəsində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusda hava şəraitinin isti keçməsi ilə əlaqədar nəqliyyat vasitəsinin arxa hissəsində, mühərrik bölməsində yerləşən yanğınsöndürmə balonu qızıb və avtomatik yanğınsöndürmə sistemi işə düşüb:
"Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib".
10:56
Bakıda "BakuBus" avtobusunda tüstülənmə olub.
AZpress.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Bildirilib ki, "BakuBus" MMC-nin balansında olan 99-JU-264 nömrə nişanlı 3 saylı marşrut avtobusunda Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tüstülənmə olduğu üçün sürücü mənzil başına çatmamış sərnişinləri nəqliyyat vasitəsindən endirib.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu verilib.
Sözügedən hadisənin görüntüsünü təqdim edirik:
https://youtube.com/shorts/SUp3epY1hA0?si=Jr71ulupHDENsF3W


