Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi voleybol millimiz Belçikada məğlub olub

Dünən kişi voleybolçular arasında AÇ-2026 -nın (EuroVolleym-2026) təsnifat mərhələsinin qrup oyunları çərçivəsində növbəti görüşlər keçirib. Turnirin B qrupunda yer alan Azərbaycan millisi Belçikada yerli komandanın qonağı olub. Roeselora şəhəriində baş tutan oyunda ev sahibi "quru" hesablı qələbə qazanıb - 3:0 (25:13, 25:9, 25:13). Bununla da baş məşqçisi Fərid Calalov olan Azərbaycan millisi qrup oyunları çərçivəsində üçüncü dəfə məğlub olub.

Xatırladaq ki, bundan əvvəl millimiz Bakıda Belçikaya, Avstriyada isə yerli komandaya eyni hesabla (3:0) uduzmuşdu. 

Yeri gəlmişkən, milimiz avqustun 16-da qrup oyunları çərçivəsində Bakıda Avstriyaya qarşı son matçına çıxacaq. Oyun Bakı Voleybol Mərkəzində baş tutacaq.

Hazırda komandaların turnir vəziyyəti belədir:

Belçika - 12 xal, Avstriya - 3 xal, Azərbaycan - 0 xal.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin